banner
banner

İdman

Azərbaycan ağırlıqqaldıranları mübarizəyə başlayır

Azərbaycan ağırlıqqaldıranları mübarizəyə başlayır

Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində kişi və qadınlar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürəcək. "Report"un məlumatına görə, 8 gün davam edəcək çempionatda Azərbaycanı 6 atlet təmsil edəcək.

Onlardan biri ilk yarış günündəcə "körpücük" üzərinə çıxacaq. Kişilər arasında 56 kq çəki dərəcəsində yer alan Elmar Əliyev A qrupunda mübarizə aparacaq. Onun qrupunda 10 idmançı yer alıb.

Aprelin 12-də Avropa çempionu və Olimpiya mükafatçısı, dopinq-testdən keçə bilmədiyindən 2 illik cəza müddətini başa vurmuş Valentin Xristov (62 kq) və aprelin 13-də Boyanka Kostova (58 kq) A qrupunda, aprelin 14-də Əfqan Bayramov (77 kq) B qrupunda, İvan Stoitsov (77 kq) A qrupunda, aprelin 16-da Anastasiya İbrahimli (69 kq) A qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatında 38 ölkədən 15 çəki dərəcəsi üzrə 232 ağırlıqqaldıran mübarizə aparacaq. Onlardan 8 çəki dərəcəsi üzrə 136-sı kişilər, 7 çəki dərəcəsi üzrə 96-sı qadınlardır. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.