banner
banner

İdman

Arda Turan "Qalatasaray"la razılığa gəldi

Arda Turan "Qalatasaray"la razılığa gəldi

"Barselona" ilə müqaviləsi bu yay başa çatan Arda Turan "Qalatasaray"a qayıtmağa yaxındır.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi İstanbul klubu ilə razılığa gəlib. Razılığa əsasən, onunla 2+1 illik müqavilə imzalanacaq. Arda hər oyuna 15 min avro qazanacaq. Bundan başqa, müqavilədə bəzi bonuslar da yer alacaq.

Türk futbolçunun növbəti mövsüm "Qalatasaray"ın kapitanlarından biri olacağı vurğulanıb.

Qeyd edək ki, Superliqa təmsilçisinin baş məşqçisi Fatih Terim klub rəhbərliyi ilə görüşündə Ardanın transferini istəyib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.