banner
banner

Dünya

Bezos 7,2 milyard dollar dəyərində Amazon səhmlərini satıb

Bezos 7,2 milyard dollar dəyərində Amazon səhmlərini satıb

Bu həftə dünyanın ən zəngin adamı və “Amazon” şirkətinin təsisçisi Jeff Bezos dəyəri 3,1 milyard ABŞ dollarından çox olan səhm satıb.

“Report” xəbər verir ki, bu barədə “CNBC” telekanalı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına göndərilən bildirişlərə istinadən məlumat verib.

Həmin sənədlərə görə, Bezos bu ilin əvvəlində “Amazon” şirkətinin 4,1 milyard ABŞ dolları dəyərində səhmini satıb.

Bu həftəni də nəzərə alsaq, dünyadakı ən varlı insan səhm satışından 7,2 milyard ABŞ dollarından çox gəlir əldə edib.

Milyarder jurnalistlərə verdiyi açıqlamada bildirib ki, onun səhm satmaqda əsas məqsədi kosmik şirkəti maliyyələşdirməkdir.

Bezos hələ də korporasiyanın 170 milyard ABŞ dollarından çox dəyəri olan 54 milyon səhminin sahibdir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.