PKK terror təşkilatı türk əsgərlərə atəş açıb. Cia.az-ın "yenişafak"a istinadən verdiyi məlumata görə, PKK terrorçuları Ağrının Diyadin bölgəsində ağac əkmə tədbirləri üçün təhlükəsizlik hazırlıqları görən əsgərlərə atəş açıblar. Qarşıdurma nəticəsində 4 türk əsgərin yaralandığı bildirilib. Atışmanın hələ də davam etdiyi və bölgəyə çox sayda əsgərin cəlb olunduğu deyilir. Kəşfiyyatçılar və hərbi helikopterlər də əraziyə yollanıblar. İtkilər barədə hələlik ətraflı məlumat verilmir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.