banner
banner

Dünya

Beyrutda etirazlar: Parlament və XİN-nin binası ələ keçirildi

Beyrutda etirazlar:

Beyrutda hökumət əleyhinə keçirilən mitinqlər davam edir.

“Report” xəbər verir ki, nümayişçilər parlamentin binasına doğru irəliləyib və onlardan bəzisi qanunverici orqanın binasına daxil olub. Polis iştirakçılara qarşı bibər qazından istifadə edib.

Şəhərin digər istiqamətində, Əşrəfiyyə bölgəsində nümayişçilər Livan Xarici İşlər Nazirliyinin binasına daxil olaraq binanı ələ keçiriblər. Nümayişçilər Xarici İşlər Nazirliyinin binasını qərargah elan ediblər. Hazırda polislər etirazçılarla danışıqlar aparır.

Qeyd edək ki, avqustun 4-də Beyrutda baş vermiş partlayışdan sonra Livanın paytaxtında əhali küçələrə çıxıb. Nümayişçilər hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

***
 
Livanın paytaxtı Beyrut şəhərinin mərkəzində polis qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada 130 şəxs yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Livan Qızıl Xaç Cəmiyyəti öz “Twitter” səhifəsində məlumat verib.

Bildirilib ki, 28 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib. 

Mitinqlər Beyrutun mərkəzindəki parlament binasının qarşısından başlayıb. Artıq etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasına daxil olublar.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, etirazçılar limanda baş verən partlayışdan sonra hazırkı hökumətin istefasını tələb edirlər.

Facebook
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.