banner
banner

Dünya

Ərdoğan: “Türkiyədə koronavirus peyvəndinin sınaqları uğurlu oldu“

Ərdoğan:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Türkiyə yeni koronavirusa qarşı özünün vaksinini hazırlayan ölkələr siyahısında ABŞ və Çindən sonra üçüncü yeri tutur.

“Report“ “Anadolu“ agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yaradılan COVID-19-a qarşı 8 vaksin və 10 preparatın hazırlanması üzərində iş gedir.

"Türkiyə həkimləri tərəfindən hazırlanan koronavirusa qarşı iki vaksin heyvanlar üzərində sınaqlardan müvəffəqiyyətlə keçib. Onlardan birinin insanlar üzərində kliniki sınaqlarına icazə verilib", - deyə, dövlət başçısı bildirib.

Son sutkada ölkədə COVID-19-a 1 182 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 240 804 nəfərə yüksəlib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.