NATO tərəfdaş ölkələri nümayəndə heyətlərinin sayını 30 nəfərədək azaltmağa qərar verib. Təşkilatın nümayəndəsi bildirib ki, bu təlimat bütün tərəfdaş ölkələrə tətbiq edilir. NATO heç bir ölkə üçün seçim etmir və nümayəndə heyətlərinin yenidən akkreditasiyasına başlanılacaq. NATO-da bu tələbi tərəfdaşların artan sayı və münasibətlərə nəzarət etmək üçün problemlərin çoxalması ilə əlaqələndiriblər. Nümayəndə heyətləri 2015-ci ilin sonunafək ştat cədvəlini azaltmalıdır.
Rusiya Xarici İşlər Nazirliyindən NATO-nun bu qərarına reaksiya gecikməyib. XİN rəhbərinin müavini Aleksey Meşkov bunu "qəribə hal" adlandırıb: "Bundan soyuq müharibə dövrünün güclü qoxusu gəlir".
Xatırladaq ki, Rusiyanın NATO-dakı 50 nəfərlik heyətin 30-dək azaldılmasına qərar verilib. Buna səbəb guya Rusiya nümayəndə heyətində kəşfiyyat orqanları əməkdaşlarının işləməsi göstərilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.