banner
banner

İdman

PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"

PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"

"Bu, gözəl gündür. Yarımfinala vəsiqə qazanmaq mentalitetimizi dəyişdirmək üçün lazım idi. Futbolçular çox yaxşı çıxış etdi, qürur duyuram".

"Report" xəbər verir ki, bu fikirləri Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/4 finalında İtaliya "Atalanta"sını 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra "RMC Sport"a açıqlamasında deyib.

47 yaşlı funksioner bildirib ki, çoxları Paris təmsilçisinin Çempionlar Liqasına hazır olmadığını iddia edib. Klubun rəhbəri hazırda yarımfinal haqqında düşünməli olduqlarını diqqətə çatdırıb.

O, komandanın ulduz futbolçuları Neymar və Kilian Mbappenin klubdakı taleyi barədə də danışıb: "Onlar dünyanın ən yaxşı futbolçularından biridir. Həm Neymar, həm də Mbappe klubda qalacaq, PSJ-ni buraxmayacaqlar!"

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının yarımfinalında “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.