Apasport.az saytının məlumatına görə, bu gün ilk finalçı müəyyənləşib.
Birinci cütlükdə “Leypsiq”lə PSJ üz-üzə gəlib. 1/4 finalda gözlənilmədən “Atletiko” üzərində qələbə qazanan Bundesliqa klubu bu dəfə sensasiya edə bilməyib. Turnirin əsas favoritlərindən olan parislilər böyükhesablı qələbə qazanaraq, finala yüksəlib.
Tomas Tuxelin yetirmələrinin həlledici qarşılaşmadakı rəqibi avqustun 19-da keçiriləcək "Lion" - "Bavariya" görüşünün qalibi olacaq. Final isə avqustun 23-də Lissabonun “Da Luş” stadionunda baş tutacaq.
Çempionlar Liqası Yarımfinal 18 avqust 23:00. “Leypsiq” (Almaniya) – PSJ (Fransa) - 0:3 Qol: Markinos, 13, Di Maria, 42, Bernat, 56 Baş hakim: Byorn Kuypers (Niderland) Lissabon. “Da Luş” stadionu
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb