Co Baydenə mühüm dəstək: Keçmiş kəşfiyyatçılar və nüfuzlu respublikaçılar onun arxasında durdular
ABŞ-da bir vaxtlar yüksək vəzifədə tutmuş dövlət xadimləri, habelə Respublikaçılar partiyasının nüfuzlu üzvləri bu il noyabr ayının 3-də keçiriləcək prezident seçkilərində Demokrat partiyasını namizədi Co Baydeni dəstəklədiklərini bildiriblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onlar bununla bağlı ictimaiyyətə açıq məktub ünvanlayıblar. Məktubda hazırkı prezident Donald Tramp sərt şəkildə tənqid olunur.
Sənədə ABŞ administrasiyasının 74 yüksək vəzifəli (keçmiş-red.) şəxsin imza atdığı qeyd olunur. Onların içində keçmiş müdafiə naziri Çak Heygel, MKİ-nin keçmiş direktoru Maykl Heyden, ABŞ dövlət katibinin keçmiş müavini Riçard Armitac, Millli Kəşfiyyatın keçmiş rəhbəri Con Neqroponte, NASA rəhbəri Şin O`Kif, senator Con Uorner kimi isimlər diqqət çəkir.
“Biz ölkəmizdə Donald Trampın rəhbərliyi altında idarəçiliyin gedişatından narahatlığımızı ifadə edirik. D.Tramp ritorikası və hərəkətləri ilə ölkəni aparmaq üçün səriştə və qabliyyətə sahib olmadığını göstərdi. Onun ədəbsiz davranışları isə prezident kimi xidmət etməyə layiq olmadığını nümayiş etdirdi. Bütün bunları diqqətə alaraq biz Birləşmİş Ştatların növbəti prezidenti kimi Co Baydenin seçilməsinin gərəkli olduğuna inandığımız ifadə edirik”,-deyə bəyanatda deyilir.
Məktub müəlliflərinin fikrincə, Donald Tramp ABŞ-ın dünya lideri kimi roluna ciddi şəkildə zərər vurub, onun böhran vəziyyətlərində liderlik etmək qabliyyətinin olmadığı ortaya çıxıb, ABŞ-da seçkilərə olan etibarı sarsıdıb, Rusiya və Çini ölkədaxili rəqiblərinə qarşı mübarizəyə cəlb edib, qanunun aliliyi prinsipini zədələyib və milli təhlükəizliyə təhdid törədib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.