"Səbail"in legioneri "Neftçi" ilə matçda oynamayacaq
Azərbaycan Premyer Liqasının I turunda "Neftçi" ilə qarşılaşacaq "Səbail" komandası matça itki ilə çıxacaq.
Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Aftandil Hacıyev yarımmüdafiəçi Hendrik Ekşteynin xidmətindən yararlana bilməyəcək.
29 yaşlı oyunçu şəxsi səbəblərə görə, klubdan icazə alıb və Cənubi Afrika Respublikasına yollanıb. Ekşteyn bazar günü Bakıya qayıdacaq.
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 20:30-da başlayacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb