banner
banner

İdman

Respublika stadionunda öt örtüyünün təmirinə başlanıldı

Respublika stadionunda öt örtüyünün təmirinə başlanıldı

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə təmir işlərinə başlanılıb.

Bu barədə "Report"a mərkəzi arenanın direktoru Şamil Quliyev məlumat verib. O bildirib ki, meydanın saralmış hissələrinə toxum əkiləcək və həmin yerlər bərpa ediləcək: "Hazırda stadionda iş gedir, saralmış hissələrə yenidən toxum əkiləcək. Dünən təxminən gecə saat 12-də torpaq və toxum gətirilib. Bu gün səhər saatlarından isə işə başlanılıb. Əminəm ki, ot örtüyü III təsnifat mərhələsinədək tam hazır olacaq".

Qeyd edək ki, "Qarabağ" ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandasını 4:0, II raundda isə Moldova təmsilçisi "Şerif"i 2:1 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisinin III təsnifat mərhələsindəki rəqib avqustun 31-də olacaq, ölkə çempionunun matçınən evdə və ya səfərdə keçiriləcəyi püşkün nəticəsinə əsasən bilinəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.