banner
banner

İdman

Azərbaycan yenidən gerilədi - UEFA-nın reytinqi

Azərbaycan yenidən gerilədi - UEFA-nın reytinqi

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Qol.az xəbər verir ki, keçirilən 43 oyun siyahıda dəyişikliklərə səbəb olub.

"Neftçi"nin Bakıda Şimali Makedoniya "Şkupi"sinə 2:1 hesabı ilə qalib gəlməsinə (0,375 xal) baxmayaraq, Azərbaycan 1 pillə geriləyərək 26-cı sıraya enib. Çünki digər təmsilçilərimiz "Sumqayıt" və "Keşlə" ilk oyunundaca uduzaraq mübarizəni dayandırıb. Hərçənd ki, bu klublarımızın oyunları da ölkəmizin aktivinə xal qazandırıb. "Sumqayıt"ın doğma meydanda Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya 0:2 uduzması 0,125, "Keşlə"nin Albaniya "Laçi"si ilə 90 dəqiqə ərzində qolsuz bərabərə qalması isə Azərbaycanın reytinqinə 0,250 xal gətirib.

Son 5 mövsümün nəticələrinə əsasən reytinqimiz 15,875-ə yüksəlib. Ancaq bir gün əvvəl Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunlarından sonra "Qarabağ"ın Moldova "Şerif"i üzərində 2:1 hesablı qələbəsi sayəsində Rumıniyanı keçib 25-ci sıraya qalxan Azərbaycan yenidən əvvəlki mövqeyinə qayıdıb. 2 qələbə və 1 heç-heçə edən rumıniyalılar 0,875 xalla ümumi reytinqini 15,950-yə çatdırıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.