banner
banner

Dünya

Kosta Rika BVF-dan daha 1,75 milyard dollar istəyir

Kosta Rika BVF-dan daha 1,75 milyard dollar istəyir

Kosta Rika hökuməti koronavirus pandemiyasının vurduğu iqtisadi ziyanın nəticələrini aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondundan (BVF) 1,75 milyard ABŞ dolları məbləğində vəsait istəmək barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə yerli “El Pais” nəşri məlumat yayıb.

Kredit üç il üçün nəzərdə tutulub.

Qeyd olunub ki, 2020-ci ildə büdcə kəsiri ÜDM-in 9% -dən çox ola bilər. Ölkənin Mərkəzi bankı, Kosta Rika iqtisadiyyatının 5% azalacağını proqnozlaşdırır.

Aprel ayında BVF, koronavirus ilə mübarizə üçün Mərkəzi Amerika ölkəsinə təcili maddi yardım olaraq artıq 504 milyon ABŞ dolları ayırmışdı.

Xatırladaq ki, hal-hazırda Kosta Rikada koronavirusa yoluxmuş insanların ümumi sayı 38 485 nəfərdir, virusun yaratdığı xəstəlikdən 407 nəfər ölüb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.