banner
banner

İdman

“Blatter rüşvətxordur” – Maradona

“Blatter rüşvətxordur”

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yenidən FİFA prezidenti Yozef Blatteri tənqid atəşinə tutub.
Qol.Az-ın məlumatına görə, argentinalı veteran futbolçu bu dəfə Blatteri rüşvətxor adlandırıb.
Yenidən FİFa prezidentliyinə namizədliyini irəli sürdüyü üçün Blatteri qınayan Maradona ali futbol qurumunda köklü dəyişiklik edilməli olduğunu deyib:

“Blatter bu dəfə kifayətqədər səs toplaya bilməyəcəyindən qorxur. Düzdür, o, böyük nüfuza malikdir. Ancaq Blatter bütün ömrü boyu bir dəfə də topa toxunmayıb. O, sadəcə rüşvətxordur. Məncə, İordaniya şahzadəsi Əl-Hüseyn ona ən yaxşı rəqibdir. Artıq futbol başqa insanların əlində olmalıdır”.

Qeyd edək ki, Blatter və Əl-Hüseyndən başqa namizədlər arasında Luiş Fiqu və Maykl van Praq da var.
FİFA prezidentliyinə seçkilər mayın 29-da keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.