banner
banner

Dünya

Rusiyada dəhşət: 15 ölü, 483 yaralı

Rusiyada dəhşət:

Rusiya Federasiyasının Xakasiya Respublikasında irimiqyaslı meşə yanğınları baş verib. 
Yanğın bir neçə yaşayış məntəqəsini əhatə edib. Hadisə nəticəsində 21 yaşayış məntəqəsində 483 nəfərin xəsarət aldığı, 15 nəfərin isə öldüyü bildirilir. Xəsarət alanlardan 11-nin vəziyyəti ağırdır. 1 nəfər isə itkin düşmüş hesab edilir. 
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınla əlaqədar regionda fövqəladə vəziyyət elan edilib. 500-dən çox adam evakuasiya edilib. 120-ə yaxın evin yandığı, 900-ə yaxın evə isə qismən ziyan dəydiyi bildirilir. 
Yanğınla mübarizəyə 1000-dən çox yanğınsöndürən cəlb edilib. Yanğınsöndürənlər hələlik 4 yanğını nəzarət altına ala biliblər. 
İlkin ehtimala görə, yanğına biçilmiş əkin sahəsinin yandırılması zamanı alovun nəzarətsiz qalması, quru hava və güclü külək səbəb olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.