banner
banner

Dünya

Soçidə Putinlə Lukaşenko arasında görüş olacaq

Soçidə Putinlə Lukaşenko arasında görüş olacaq

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sentyabrın 14-də Soçidə danışıqlar aparacaqlar.

APA “TASS”-a istinadən xəbər verir ki, bu, Belarus prezidentinin seçkilərdən sonra ilk xarici səfəri olacaq.

Rusiya bir sıra Qərb dövlətlərindən fərqli olaraq, qonşu ölkədə keçirilən səsvermənin nəticələrini qanuni sayıb. Belarus prezidentinin Rusiyaya səfərindən əvvəl Rusiyanın Baş naziri Mixail Mişustinin sentyabrın əvvəlində Minskə səfəri də daxil olmaqla intensiv hazırlıqlar görülüb.

Görüşdə iki ölkə arasında bir sıra münasibətlərin müzakirə olunacağı da bildirilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.