banner
banner

Dünya

Liviyada daha bir səfirlikdə partlayış

Liviyada daha bir səfirlikdə partlayış

Liviyanın paytaxtı Tripolidə Mərakeş səfirliyində partlayış olub. 
Bu barədə "Associated Press" agentliyi Liviya hüquq-mühafizə orqanlarına istinadən xəbər verir. Hadisə zamanı yaxınlıqdakı bir neçə avtomobilə ciddi ziyan bildirilir. Ölən və ya yaralananların olub-olmadığı isə hələlik məlum deyil. 
Liviyadakı Mərakeş səfirliyi bir müddət idi ki, fəaliyyətini dayandırmışdı. 
Bu, son iki gündə Tripolidə baş verən ikinsi partlayışdır. Aprelin 12-də Cənubi Koreya səfirliyində törədilən partlayış nəticəsində 2 nəfər ölmüş, 1 nəfər yaralanmışdı. Bu partlayışa görə məsuliyyəti "İŞİD" qruplaşması öz üzərinə götürüb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.