banner
banner

İdman

Avropa Liqasında 42 oyun keçirilib

Avropa Liqasında 42 oyun keçirilib

Avropa Liqasında II təsnifat mərhələsində 42 oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, Əsas yolda 33, Çempionlar yolunda 9 matç baş tutub.

Bir görüş isə yarımçıq dayandırılıb. Bu, “Riqa” – “Tre Fiori” matçıdır. Stadiondakı problem üzündən oyunu başa çatdırmaq mumlun olmayıb.

Azərbaycan təmsilçisi “Neftçi” evdə Türkiyənin “Qalatasaray” klubuna 1:3 hesabı ilə uduzub. Günün ən böyükhesablı qələbəsini “Reyncers” qazanıb. Şotlandiyalılar səfərdə “Linkoln”un qapısından 5 cavabsız top keçirib.

Mərhələnin ən məhsuldar oyunu Serbiyada baş tutub. “Topola” və “Styaua” arasında qarşılaşmanın 120 dəqiqəsində 12 qol vurulub.

Qeyd edək ki, mərhələnin digər üç oyunu sentyabrın 16-da keçirilib.

Avropa Liqası
II təsnifat mərhələsi
Əsas yol
17 sentyabr
16:00. “Kaysar” (Qazaxıstan) - APOEL (Kipr) - 1:4
16:15. “Ventspils” (Latviya) - “Rusenborq” (Norveç) - 1:5
17:30. “Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) - 0:1
18:00. “Teuta” (Albaniya) - “Qranada” (İspaniya) - 0:4
19:00. “Linkoln” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya) - 0:5
19:45. “Botoşani” (Rumıniya) - “Şkendiya” (Şimali Makedoniya) - 0:1
20:00. “Bodo Qlimt” (Norveç) - “Jalgiris” (Vilnüs, Litva) - 3:1
20:00. “Höteborq” (İsveç) - “Kopenhagen” (Danimarka) - 1:2
20:00. “Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Tottenhem” (İngiltərə) - 1:2
20:00. “Neftçi” (Azərbaycan) - “Qalatasaray” (Türkiyə) - 1:3
20:00. “Riterlay” (Litva) - “Slovan” (Çexiya) - 1:5
20:30. “Olimpiya” (Sloveniya) - “Zrinski” (Bosniya və Herseqovina) - 2:2 (ə.v. 2:3)
21:00. “Hibernians” (Malta) - “Fehervar” (Macarıstan) - 0:1
21:00. “Laçi” (Albaniya) - “Hapoel” (Beer-Şeva, İsrail) - 1:2
21:00. “Lokomotivi” (Gürcüstan) - “Dinamo” (M, Rusiya) - 2:1
21:00. “Makkabi” (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan) - 2:1
21:00. “Sfantul” (Moldova) - “Partizan” (Serbiya) - 0:0 (ə.v. 0:1)
21:00. MOİK (Bolqarıstan) - BATE (Belarus) - 2:0
21:00. OFİ (Yunanıstan) - “Apollon” (Kipr) - 0:1
22:00. “Aris” (Yunanıstan) - “Kolos” (Ukrayna) - 1:2
22:00. “Borats” (Bosniya və Herseqovina) - “Rio Ave” (Portuqaliya) - 0:2
22:00. “Kukesi” (Albaniya) - “Volfsburq” (Almaniya) - 0:4
22:00. “Pyast” (Polşa) - “Hartberq” (Avstriya) - 3:2
22:00. “Şemrok Rovers” (İrlandiya) - “Milan” (İtaliya) - 0:2
22:00. “Standard” (Belçika) - “Bala Taun” (Uels) - 2:0
22:15. "Mura" (Sloveniya) - “Orxus” (Danimarka) - 3:0
22:30. “Kolreyn” (Şimali İrlandiya) - “Motervell” (Şotlandiya) - 2:2 (pen. 0:3)
22:30. “Vikinq” (Norveç) - “Aberdin” (Şotlandiya) - 0:2
22:45. “Dunayska” (Slovakiya) - “Yablonets” (Çexiya) - 3:3 (ə.v. 5:3)
22:45. “Osiyek” (Xorvatiya) - “Bazel” (İsveçrə) - 1:2
22:45. “Servett” (İsveçrə) - “Reyms” (Fransa) - 0:1
23:00. “Topola” (Serbiya) - “Styaua” (Rumıniya) - 4:4 (ə.v. 6:6, pen. 4:5)
23:05. “Honved” (Macarıstan) - “Malmö” (İsveç) - 0:2

Çempionlar yolu
18:00. “Ararat-Armeniya” (Ermənistan) - “Fola” (Lüksemburq) - 4:3
18:00. “Astana” (Qazaxıstan) - “Buduçnost” (Monteneqro) - 0:1
19:30. “Kuopio” (Finlandiya) - “Slovan” (Slovakiya) - 0:0 (ə.v. 1:1, pen. 4:3)
20:30. “Flora” (Estoniya) - “Reykyavik” (İslandiya) - 2:1
21:00. “Konnah” (Uels) - “Dinamo” (Tbilisi, Gürcüstan) - 0:1
21:00. “Riqa” (Latviya) - “Tre Fiori” (San-Marino) - yarımçıq dayandırılıb
21:00. “Yurqorden” (İsveç) - “Europa” (Cəbəllütariq) - 2:1
21:30. “İnter” (Andorra) – “Dandalk” (İrlandiya) - 0:1
22:00. “Sileks” (Şimali Makedoniya) – “Drita” (Kosovo) - 0:2
22:45. “Linfild” (Şimali İrlandiya) - “Floriana” (Malta) - 0:1

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.