Türkiyə və Səudi Ərəbistanı Suriyadakı rejimi devirmək üçün hərbi ittifaq qurmağa hazırlaşır. Cia.az-ın məlumatına görə, belə bir iddia ilə ABŞ-ın Huffington Post qəzeti çıxış edib. İddiaya görə, iki ölkə hərbi ittifaqla bağlı ən yüskək səviyyədə görüşlər keçirir. Görüşlərə yaxın mənbələrdən Huffington Post-a verilən məlumata görə, Türkiyə və Səudi Ərəbistanı arasında keçirilən görüşlər Qatar vasitəsilə baş tutur. Plana görə, Türkiyə Suriyaya qurudan ordu yeridəcək, Səudi Ərəbistanı isə havadan hücuma keçəcək. Qəzetin yazdığına görə, fevral ayında Vaşinqtona gedən Qatar əmiri Şeyx Tamim bin Əl Tani sözügedən məsələ ilə bağlı ABŞ prezidenti Barak Obamanı xəbərdar edib. Bildirilir ki, Türkiyə və Səudi Ərəbistanı arasında keçirilən görüşlər uğurlu alınarsa, ABŞ dəstək versə də, verməsə də Suriyaya hücum ediləcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.