banner
banner

İdman

"Atletiko" Suaresi alır, Moratanı göndərir

"Atletiko" Suaresi alır, Moratanı göndərir

İtaliyanın "Yuventus" klubu İspaniya "Atletiko"sunda çıxış edən Alvaro Moratanı heyətinə qatacaq.

"Report" "Deportes Cuatro" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu icarə əsasında Turin təmsilçisində çıxış edəcək. Moratanı əvəz edəcək əsas namizəd "Barselona"nın hücumçusu Luis Suaresdir. 33 yaşlı uruqvaylı hücumçunun paytaxt klubu ilə razılığa gəldiyi iddia edilir.

Morata sentyabrın əvvəlində "Atletiko"dan getmək istədiyini rəhbərliyə bildirib. "Yuventus" 50 milyon avro qarşılığında hücumçunu almağa çalışsa da, qarşı tərəf təklifi rədd edib.

Qeyd edək ki, Alvaro Morata "Ateltiko"da 2019-cu ilin yanvarından çıxış edir. Morata bu müddət ərzində 61 matçda iştirak edib və 22 qol vurub. Hücumçu 2014 - 2016-cı illərdə "Yuventus"un formasını geyinib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.