banner
banner

Sağlamlıq

Xurmanın insan orqanizmi üçün zərərləri məlum olub

Xurmanın insan orqanizmi üçün zərərləri məlum olub

“Mədə-bağırsaq pozuntusu olan insanların xurma yeməsi məqsədəuyğun deyil".

“Report” “Arqumentı i Faktı”ya istinadən xəbər verir ki, bunu Milli Klinik Qidalanma Assosiasiyası İttifaqının diyetoloqu Anna İvaşkeviç söyləyib.

Mütəxəssisin sözlərinə görə, bu məhsulun böyük miqdarda istehlakı sağlam insanlarda da pozuntuya yol aça bilər.

“Məsələ burasındadır ki, bu məhsulda əsasən kal meyvələrə xas olan çox sayda tanin var. Xurmada həmçinin böyük sayda bitki lifi var. Bu maddələr mədə və bağırsağa mənfi təsir göstərir”, - uzman vurğulayıb.

A.İvaşkeviç izah edib ki, tanin turşuları nazik bağırsağın sekresiyasını azaldır və peristaltikanı pisləşdirir. Diyetoloq gündəlik 3 meyvədən çox yeməməyi, həmçinin xurmanı uşaq rasionuna əlavə etməməyi tövsiyə edib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.