banner
banner

Dünya

“Normand dördlüyü”nün görüşü başa çatıb

“Normand dördlüyü”nün görüşü başa çatıb

Almaniyada keçirilən “Normand dördlüyü” Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin görüşü başa çatıb.

ANS PRESS-in məlumatına görə, Normandiya dördlüyü ölkələri XİN rəhbərlərinin Ukraynadakı böhranın həlli ilə bağlı keçirilən danışıqlar yekunlaşıb. Bu barədə Almaniya Xarici İşlər nazirliyinin rəsmi tvitter səhifəsindən bildirilib. 

Xəbərdə bildirilir ki, Rusiya, Almaniya, Fransa və Ukraynanın XİN rəhbərləri - Sergey Lavrov, Frank-Valter Ştaynmayer, Loran Fabius və Pavel Klimkinin iştirakı ilə keçirilən görüş 4 saata yaxın davam edib. 

Görüşdə toplantıdan əvvəl də qeyd edildiyi kimi, tərəflər Minsk razılaşmalarının yerinə yetirilməsi, təmas qrupu çərçivəsində işçi qrupların yaradılması da daxil olmaqla, Ukraynada siyasi prosesin işə salınması məsələlərini müzakirə ediblər.

“Hələlik Ukraynadakı münaqişənin normallaşmağından danışmaq çox tezdir”, – deyə Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer sosial şəbəkədən verdiyi açıqlamada qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.