banner
banner

Dünya

BMT soyqırımı demədi

BMT soyqırımı demədi

BMT baş katibinin mətbuat sözçüsü Stefan Düjarrik 1915-ci il hadisələrinə dair qondarma erməni “soyqırımı” iddiaları bardə danışarkən “faciəvi hadisə” və “qətliam” deyib. 

ANS PRESS-in məlumatına görə, papanın erməni iddialarını şərh etməsi barədə suala cavab verən Düjarrik 1915-ci il 24 apreldə baş vermiş faciəvi hadisələri yad edəcəklərini bildirib. 

“Baş katib Ban Ki-mun 1915-ci ilin faciəvi hadisələrinin xatırlanması və yad edilməsi ilə o dövrdə baş vermiş həqiqətlərin aşkarlanması üçün əməkdaşlığın davam etdirilməsinin, oxşar qətl hadisələrinin gələcəkdə baş verməməsi üçün kollektiv qərarlılığın gücləndirilməsinin lazım olduğuna inanmaqdadır”. 

Düjarrik BMT-nin oxşar cinayətlərin yenidən baş verməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin potensialının artırılması üçün səy göstərdiyini vurğulayıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.