banner
banner

Dünya

"Mənim torpaqları satdığım deyilir..." – Nikol Paşinyan satqın axtarır

"Mənim torpaqları satdığım deyilir..."

Azərbaycan Ordusunun Qarabağda şanlı qələbələri və torpaqlarımızın addım-addım işğaldan azad edilməsi Erməni ictimaiyyətində çatları dərinləşdirməkdədir.

Axar.az xəbər verir ki, artıq Ermənistanda Paşinyanın “torpaqları satdığı” iddiası da yayılmaqdadır.

Bu barədə Nikol Paşinyan özü açıqlama yayıb. O bildirib ki, Ermənistandan Qarabağa gedən bir dəstə erməni əsgərlərinə Paşinyanın Qarabağı “satdığı”nı, gizli razılaşmaların mövcudluğunu və müqavimətin mənasız olduğunu bildirib.

N.Paşinyan “bu xainlərə qarşı” artıq Milli Təhlükəsizlik Xidmətinin araşdırmalara başladığını qeyd edib.

Xatırladaq ki, az öncə Paşinyan MTX rəhbəri Kərəmyanı vəzifəsindən kənarlaşdırıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.