Roma papası Fransisk qondarma erməni soyqırımının 100-cü ildönümündəiştirak etmək üçün Ermənistana gəlməyəcək. Cia.az-ın məlumatına görə, Eçmiədzin kilsəsinin Dinlərarası münasibətlər şöbəsinin direktoru yepiskop Ovakim Manukyan deyib. Onun sözlərinə görə, Roma Papası Ermənistana 2016-cı ildə səfər edəcək. "Papa şübhəsiz ki, Ermənistana səfər edəcək, ancaq apreldə deyil, 2016-cı ildə. Onu aprelin 24-nə dəvət etməyimizlə bağlı məlumatlar doğru deyil", - Ovakim Manukyan bildirib. Qeyd edək ki, Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb. Rəsmi Ankara bu bəyanata qarşı Vatikana nota verib, baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlüd Çavuşoğlu papanın bu açıqlamasına sərt reaksiya bildirib. Həmin gecə Türkiyə Vatikandakı səfirini geri çağırıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.