BMT baş katibinin İnsan hüquqları üzrə köməkçisi İvan Şimon bu ilin mayında özünü qondarma respublika Donetsk və Luqansk Xalq respublikalarına səfər edəcək. Cia.az-ın məlumatına görə, bu barədə BMT-nin Xəbər Mərkəzi bildirib. İ.Şimon bu səfərin doğruluğunu təsdiqləyib və deyib ki, Donetskdə vəziyyət yaxşı deyil, hər yerdə silah səsləri eşidilir. Atəş mütləq dayandırılmalıdır. Atəşkəs rejiminə əməl olunması lazımdır. Bu, sülhün möhkəmləndirilməsinə, münaqişənin siyasi nizama salınması üçün Minsk razılaşmasının icrasına kömək edə bilər. Əminəm ki, Berlində keçirilən "Norman formatı" nümayəndələrinin bugünkü görüşü yaxşı nəticəsini verəcək.
O, bir ay əvvəl BMT-nin Təhlükəsizlik Şurasının Ukrayna üzrə keçirilən iclasında çıxışında söyləmişdi ki, Ukrayna cəmiyyətində parçalanma artmaqda davam edir. Hər yeni hücumla mülki əhali zərər çəkir, insanlar işgəncələrə məruz qalır, silahlı dəstələr ölkəni parçalanmaya sürükləyir.
BMT nümayəndəsi Ukrayna hakimiyyətini də qınamışdı: "Odessada 2014-cü il mayın 2-də baş verən faciəli hadisələr indiyə qədər araşdırılmayıb. 117 insanın həlak olmasına gətirib çıxaran bu zorakılığa görə heç kim ittiham edilməyib."
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.