banner
banner

Dünya

İstefa verən dövlət məmuru- HƏBS EDİLDİ

İstefa verən dövlət məmuru-
Türkiyədə keçən Cümə günü istefa edən Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı (TÜBİTAK) rəhbəri Yücel Altunbaşak saxlanılıb. 
TÜBİTAK-ın sabiq rəhbəri və 2 şəxs qurumla bağlı aparılan istintaq çərçivəsində həbs saxlanılıblar.
Əldə olunan məlumata görə saxlanılan şəxslər  vəzifəsindən sui-istifadə etməkdə ittiham olunurlar. 
Ankarada terrorla mübarizə idarəsinin TÜBİTAK-ın sədr müavini Həsən Palazın həbsi ilə başlatdığı istintaq çərçivəsində bu gün səhər saatlarında bir neçə gün əvvəl istefa verən təşkilatın rəhbəri Yücel Altunbaşakı həbs ediblər.
Qeyd edək ki, saxlanılan şəxslər Türkiyə hökumətinə qarşı çevriliş həyata keçirmək istəyən "paralel dövlət" haqqında açılan istintaq çərçivəsində saxlanılıblar.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.