İsrail Rusiyaya inad Ukraynaya silah göndərməyə başlaya bilər. İsrailin belə qərar verməsinə səbəb Rusiyanın “S-300” raketlərinin İrana verilməsinə qoyulmuş qadağanın ləğv olunması ilə bağlıdır. Bildirilir ki, İsrail hökumətində bu barədə hələlik konkret qərar verilməyib. Bu arada İsrail baş naziri Bimyamin Netanyahu da Rusiya prezidenti Vladimir Putinə narazılığını bildirib. Baş nazir prezident Putinə bildirib ki, bu addım İranın bölgədə aqressivliyini artıracaq və Yaxın Şərqdə təhlükəsizliyi sarsıdacaq. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin S-300 zenit-raket sistemlərinin İrana tədarükünə qadağanı aradan qaldıran sənəd imzalayıb. Fərman S-300 zenit-raket sistemlərinin Rusiya ərazisindən tranzit daşınması, o cümlədən hava nəqliyyatı ilə daşınması, Rusiya ərazisindən İrana aparılması, həmçinin Rusiya dövlət bayrağı altında üzən hava və dəniz gəmilərindən istifadə etməklə Rusiyanın sərhədlərindən kənarda İrana verilməsinə qadağanı aradan qaldırır. Rusiya 2010-cu ildə BMT Təhlükəsizlik Şurasının sanksiyaları çərçivəsində S-300 zenit-raket sistemini İrana satmaqdan imtina etmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.