"Save The Children" təşkilatı açıqlama verib ki, gəminin batması nəticəsində 400 nəfər ölüb. Təşkilatın yaydığı məlumata görə, İtaliyanın xilasetmə qrupları Liviyadan yola çıxan və batan gəmidə 144 nəfər xilas edilib. Çoxu uşaqlar olan 400 nəfər isə Aralıq dənizində bataraq ölüb. İtaliya hökuməti açıqlama verib ki, gəmidə batan şəxslərin axtarılması və xilas edilməsi üçün həm havadan, həm də qurudan əməliyyat həyata keçiriblər. Gəminin hansı səbəbdən batdığı hələlik məlum deyil.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.