banner
banner

İdman

Luis Enrike PSJ-dən çəkinir

Luis Enrike PSJ-dən çəkinir

“Barselona”nın baş məşqçisi Luis Enrike ÇL-ın 1/4 finalının PSJ ilə bu gün keçiriləcək ilk oyunu haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis rəqibin çox yaxşı komanda olduğunu vurğulayıb və onları çətin oyun gözlədiyini deyib:

“Bildiyiniz kimi, PSJ-nin bəzi önəmli futbolçuları bizə qarşı oyunu buraxacaq. Ancaq bu komanda Zlatan İbrahimoviç olmadan da “Barselona”ya qalib gəlib. PSJ də kuboka əsas namizədlərdən biridir. “Çelsi”ni mübarizədən kənarlaşdıraraq nəyə qadir olduğunu sübut edən bir komandaya qarşı oynayacağıq. Bizim kimi onların da hücum xətti güclüdür. İki bir-birinə bənzəyən komanda üz-üzə gələcək”.

Qeyd edək ki, eyni qrupda yer alan komandaların İspaniyada keçirilən oyununda 3:1 hesabı ilə “Barselona” qalib gəlib, Parisdə baş tutan görüşdə isə PSJ rəqibini 3:2 hesabı ilə üstələyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.