banner
banner

Dünya

Oğurlanmış avtomobili SMS-lə tapacaqlar

Oğurlanmış avtomobili SMS-lə tapacaqlar

Keniyalı tələbə Kelvin Maçariya maşın qaçırılması əleyhinə yeni sistem hazırlayıb və bu sistem inkişaf etmiş dünya analaoqlarından heç də geri qalmır.

Maşınları oğurlanmaqdan qorumaq ideyası Maçariyanın ağlına bir neçə il əvvəl onun qohumlarından birinin avtomobili oğurlanarkən gəlib. Texniki universitet tələbəsi nəhayət özünün çoxfunksiyalı sistemini işləyərək hazırlayıb. Sistem təkcə oğurlanmış maşını qaytarmağa kömək etmir, həm də oğrunu tutmaqda polisə imkan verir.

Sistem belə işləyir: Avtomobildə gizlədilmiş GPS-modul avtomobilin yerləşdiyi yeri müəyyən edir və koordinatları sahibinin telefonuna və situasiya mərkəzinə ötürür. Əgər oğru salona daxil olubsa gizli kamera dərhal onun şəklini çəkir. Lakin sistemin ən maraqlı funksiyası mühərrikin məsafədən söndürülməsidir və həmin funksiya adi SMS ilə aktivləşir. Maşın sahibinin verilmiş ünvana gizli kodu SMS ilə göndərməsi kifayətdir ki, mühərrik dayansın. Onu blokdan çıxarmadan yenidən işə salmaq isə artıq qeyri-mümkün olacaq.//Sia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.