Rusiya müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayevin ifadəsinin tam mətni açıqlanıb.
Dadayevin ifadəsində deyilir: "Nemtsov rəfiqəsi ilə körpüdə gedirdilər. Mən sürətli addımla onlara yaxınlaşdım, onların arxasınca getdim. Yolda heç kəs yox idi, bu qətli törətmək üçün əla vaxt idi. Nemtsov sağda gedirdi, qız isə solda və onun əlini tutmuşdu. Onlara 10 metr qalmış mən tapançanı çıxardım. Bundan sonra tapançanı sol əlimə dəyişdirdim, çünki solaxayam. Sağ əlimə telefon götürdüm. Beş metr qalmış Nemtsovun kürəyinə üç atəş açdım. Birinci atəşdə mən telefonla Bislana (Şavanov) yaxınlaşmaq siqnalı verdim. Eyni zamanda yanımdan keçən böyük narıncı maşını qeyd etdim. Nemtsov yıxıldı və özü ilə arxasınca qızı çəkdi. Ancaq sonra mən gördüm ki, o sağdır və qalxmağa çalışır. Nəticədə daha 2-3 atəş açdım". Xatırladaq ki, daha əvvəl Dadayev onu döyərək boynuna qoyulduğunu bildirmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.