banner
banner

İdman

Dünya ulduzları Şəmkirə gəldi

Dünya ulduzları Şəmkirə gəldi

Şəmkirdə şahmat üzrə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "Shamkir Chess 2015" turniri keçiriləcək. 
 Azərbaycanda keçirilən şahmat turnirində ilk dəfə olaraq 3 dünya çempionu mübarizə aparacaq. beynəlxalq qrossmeyster, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” super turniri aprelin 16-dan 26-dək keçiriləcək.
Şahmat üzrə dünyanın aparıcı qrossmeysterləri Maqnus Karlsen, sabiq dünya çempionu Vişvanatan Anand artıq Şəmkirdədirlər.
Mötəbər yarışda hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç, 2863), sabiq dünya çempionları Vişvanatan Anand (Hindistan,2791), Vladimir Kramnik (Rusiya, 2783), FİDE reytinq siyahısında 2-ci olan Fabiano Karuana (İtaliya, 2802), Aniş Giri (Hollandiya, 2790), Uesli So (ABŞ, 2788), Maksim Vaşi-Lagrav (Fransa, 2716), həmçinin azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (FİDE reytinqində 13-cü yer, 2756), Teymur Rəcəbov (20-ci yer, 2738) və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov (92-ci yer, 2658) iştirak edəcəklər. 
Tədbir Şəmkirdəki Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Super-turniri www.shamkirchess.az veb-səhifəsindən birbaşa izləmək mümkündür. Bütün oyunlar Azərbaycan, rus və ingilis dillərində şərh olunacaq.
Qeyd edək ki, turnirin mükafat fondu 100 000 avro təşkil edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.