Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentliyinə namizədliyini elan edən Hillari Klinton homoseksuallara dəstəyini bəyan edib. Cia.az-ın məlumatına görə, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Birləşmiş Ştatları Ali Məhkəməsini homoseksualların evliliyinə icazə vermə çağırıb. Bu barədə “Huffington Post” xəbər yayıb. “Hillari Klinton bərabərhüquqlu nikahı dəstəkləyir və ümid edir ki, Ali Məhkəmə homoseksual fərdlərin tərəfini tutacaq, onlara hüquqi zəmanət verəcək”, - deyə ABŞ-ın keçmiş “first lady”sinin nümayəndəsi bildirib. ABŞ Ali məhkəməsi homoseksualların nikahı barədə qərarı bu ilin iyun ayında qəbul edəcək.
Xatırladaq ki, bir müddət əvvəl gey cütlük seçkiqabağı Hillari Klintonu öz toyuna dəvət etmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.