"Viitorul"un baş məşqçisi Georgi Hacı "Qalatasaray"ı çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, rumıniyalı mütəxəssis sabiq klubu ilə danışıqlar aparmadığını deyib:
"Türkiyə mətbuatında yayılan xəbərlər həqiqəti əks etdirmir. "Qalatasaray" nümayəndələri ilə görüşməmişəm" - deyə o, bildirib.
Qeyd edək ki, Türkiyə superliqasında "Başakşehir"ə 0:4 hesablı məğlubiyyətdən sonra "Qalatasaray"ın baş məşqçisi Prandelli istifayə göndərəcəyi və G.Hacının onu əvəzləyəcəyi iddia edilirdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.