“Biz qələbəyə yaxınıq. Hər səs sayılacaq. Biz nəticədən razıyıq”.
“Report” xəbər verir ki, bunu ABŞ prezidentliyinə Demokratik Partiyadan namizəd Cozef Bayden seçicilər qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, səslərin sayılması bir az gecikə bilər. Cozef Bayden səsvermənin nəticələrinin noyabrın 4-də yerli vaxtla səhər saatlarında məlum olacağını bildirib. Bununla belə demokrat namizəd nikbin ovqatda olduğunu da vurğulayıb.
Respublikaçılar Partiyasının namizədi, hazırkı Prezident Donald Tramp isə seçkidə qələbəsini oğrulamağa cəhd edildiyini söyləyib: “Biz buna imkan verməyəcəyik”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.