Məşhur braziliyalı hücumçu Ronaldinyo gözlənilməz qərar verib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 35 yaşlı oyunçu bu ilin mayında futbolçu karyerasını başa vurmağa hazırlaşır.
Hazırda Meksikanın "Keretora" klubunun şərəfini qoruyan Ronaldinyonun bu qərarını yaxın günlərdə rəsmən açıqlayacağı gözlənilir. Onun futboldan getməsi ilə bağlı fikrini ailəsi ilə bölüşdüyü bildirilir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.