banner
banner

Dünya

Məşhur jurnalist güllələndi

Məşhur jurnalist güllələndi

Ukrayna paytaxtı Kiyevdə jurnalist Oles Buzina öldürülüb. 

ANS PRESS-in mədlumatına görə, müxalifətçi yazıçının ölümü haqqında məlumat bu gün sosial şəbəkədə peyda olub.

“Elə bu dəqiqələrdə Deqtərevsk küçəsində 58 saylı binanın yanında tünd göy rəngli “Ford Fokus”dan məşhur jurnalist Oles Buzina güllələndi. Maşındakı nömrə ya Latviyaya, ya da Belarusa məxsus idi. Dəqiq budur ki, Ukrayna nömrəsi deyildi”, - deyə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Qeraşenko öz “Facebook” səhifəsində yazıb. 

Oles Buzina - müxalifətçi jurnalist, yazıçı və tele aparıcıdır, Ukrayna əleyhinə çıxışları ilə tanınır. “Xortdan Taras Şevçenko”, "Kotanla yabanın ittifaqı. Ukraynanı necə uydurdular” kitablarının müəllifidir. “Seqodnya” qəzetinin keçmiş şef-redaktorudur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.