Orqanizm üçün bir çox faydaları olan kinkan meyvəsini həm də “yapon apelsini”, “müdriklərin qidası” da adlandırırlar. Şərq təbabətində bu meyvədən hələ qədim zamanlardan istifadə olunub. Sağlamlıqla bağlı növbəti yazıda kinkan meyvəsinin faydalarını təqdim edirik. Kinkanın tərkibi A, C, E, B qrup vitaminlərlə, həmçinin kalium, kalsium, fosfor, sink, maqnezium, mis və dəmirlə olduqca zəngindir. Kinkan meyvəsinin faydalı xüsusiyyətlərindən biri sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərməsidir. Stressə qarşı mübarizədə bu meyvə effektli vasitələrdən biridir. O sinirləri sakitləşdirməklə yanaşı yorğunluğu aradan qaldırır, fiziki və zehni fəaliyyət zamanı məhsuldarlığı artırır.
Kinkan meyvəsindən müntəzəm istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq olar. Kiçik meyvənin böyük faydalarından biri də odur ki, o orqanizmin immun sistemini gücləndirir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır.
Kinkan təbii və güclü antioksidant olmaqla sərbəst radikallara qarşı mübarizə aparır. Yüksək qan təzyiqindən şikayətlənənlər üçün təbii dərmandır. Kalsiumla zəngin olduğndan sümüklər üçün olduqca faydalıdır. Maddələr mübadiləsini normallaşdırır, həzm sisteminin işini acanlaşdıraraq yaxşılaşdırır. Az kalorili olduğundan kinkanı pəhriz qidası kimi istifadə etmək olar. Piylənmədən və artıq çəkidən əziyyət çəkənlər üçün bu meyvə xeyirlidir. Kinkandan hazırlanmış cövhər ürək-damar sistemi üçün faydalıdır. Bu cövhəri hazırlamaq üçün 500 qram kinkan meyvəsini qabığını soymadan əzmək və 300 qram balla qarışdırmaq lazımdır. Gün ərzində 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl bir çay qaşığı qəbul edilməlidir. Kinkan meyvəsinin tərkibində infeksiyalara qarşı mübarizə aparmağa kömək edən maddələr var ki, soyuqdəymə, öskürək, tənəffüs yollarının xəstəlikləri zamanı o sağalmanı tezləşdirir. Mütəxəssislər kinkan meyvəsini qabıqlı istifadə etməyi məsləhət görürlər.
Allergiyaya meylli olanlar bu meyvədən məhdudiyyətlə istifadə etməlidirlər.
Kiçik meyvənin böyük faydalarından bəhrələnmək istəyirsinizsə kinkanı qida rasionunuza daxil edin.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.