banner
banner

İdman

"Bavariya"da şok istefa

"Bavariya"da şok istefa

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda səfərdə "Portu"ya uduzan "Bavariya"da şok istefa gerçəkləşib.

 

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandanın 40 illik həkimi Hans Vilhem Müller-Vohlfart istefa verib. "Portu" ilə oyunda zədə səbəbindən Aryen Robben, Frank Riberi, Mehdi Benatiya, David Alaba, Xavi Martinez və Bastian Şvaynştaygerin xidmətindən yararlana bilməyən baş məşqçi Pep Qvardiola məğlubiyyətdə komandanın həkimini günahlandırıb. Qvardiola ilə problem yaşayan Vilhem Müller istefa vermək qərarına gəlib. O, qərarı ilə bağlı yazılı açıqlamasında qeyd edib: "Portu"ya məğlubiyyətdə komandanın tibbi heyəti günahlandırıldı. Lakin bu, qəbuledilməzdir. Uğur qazanmaq üçün güvənmək çox önəmlidir". Qeyd edək ki, "Portu" - "Bavariya" oyunu 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.