İtaliya A seriyasında VIII tura 7 oyunla yekun vurulub.
Apasport.az saytının məlumatına görə, uğursuz başlanğıc edən “Fiorentina” doğma arenasında “Benevento”ya uduzub.
Son iki turda bərabərə qalan “İnter” “Torino”nu sınağa çəkib. “Cüzeppe Meatsa”dakı matç bol qollu alınıb. Hesabı fasilə ərəfəsində qonaqlar açsa da, “İnter” ikinci hissədəki qollar sayəsində qələbə qazanıb.
Mövsümün sürpriz komandalarından “Sassuolo” “Verona” səfərindən də 3 xalla dönüb.
Lider “Milan” mərkəzi oyunda onun yerinə göz dikən “Napoli”nin qonağı olub. A seriyasının bombardiri veteran Zlatan İbrahimoviçin dublu və gənc Yens Hauqenin qolu “rossonyerlər”ə qələbə qazandırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.