Ermənistanın baş naziri Nikol Paşinyanın avtomobil karvanı paytaxt İrəvanda hərəkətdə olan zaman şəhərin bir sıra küçələri bağlanır.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Bildirlir ki, baş naziri müşayiət edən avtomobil karvanı şəhərdə hərəkətdə olanda Yerevanın bəzi küçələrində digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmir. Yerli KİV bunun sakinlərin narahatlığı ilə qarşılandığını vurğulayıb.
Qeyd edək ki, bu qayda son günlər ortaya çıxıb.
Daha əvvəl yayılan məlumata görə, Paşinyan cangüdənlərinin sayını artıraraq mühafizəsini gücləndirib. Bildirilir ki, Ermənistanın baş naziri və xanımı Müqəddəs Eçmiədzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.