Türkiyə kubokunda son iki yarımfinalçı da müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, 1/4 finalda daha iki qarşılaşma keçirilib.
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə "Sivasspor"un qonağı olub. 90 dəqiqəsi 1:1 başa çatan oyunda əlavə vaxt oynanılıb. Burada qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) "Sivasspor" yarımfinala yüksəlib. K.Ağayev həmin görüşdə iştirak etməyib.
Digər oyunda "Fənərbaxça" və "Mersin" üz-üzə gəlib. Oyun "sarı-lacivərdlilər"in üstünlüyü şəraitində keçib. Rəqibini 4:1 hesabı ilə məğlub edən "Fənərbaxça" son yarımfinalçı olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.