banner
banner

İdman

Superliqa klubu iki aydan sonra baş məşqçini qovub

Superliqa klubu iki aydan sonra baş məşqçini qovub

Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" klubu baş məşqçisi Fuat Çapa ilə yollarını ayırıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Klub rəhbərliyi Superliqanın IX turunda səfərdə "Göztepe"yə 1:3 hesabı ilə uduzduqları görüşdən sonra belə bir qərar qəbul edib.

Qeyd edək ki, Fuat Çapa "Ankaragücü"yə bu il sentyabrın əvvəlində baş məşqçi təyin edilmişdi. Komanda hazırda 7 oyundan sonra 2 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.