banner
banner

Dünya

Papa erməniləri hiddətləndirdi

Papa erməniləri hiddətləndirdi

Qondarma erməni soyqırımının 100-cü ildönümü ilə əlaqədar keçirilən mərasimdə ermənilərə dəstəyini bildirən papaya etirazlar səngimir. 

ANS PRESS-in məlumatına görə, katoliklərin ruhani liderin papa Fransiskin 1915-ci il hadisələri ilə bağlı işlətdiyi sözlər nəinki Türkiyədə yaşayan türk mənşəli əhalini, hətta erməni əsilli vətəndaşları da narahat edib. 

Bu vətəndaşlardan biri də Hatay vilayətinin Samandağ rayonu sakini, eləcə də yaşadığı kənddəki erməni icmasının sədri Cem Çapardır. 

“Kimliyimizdən aslı olmayaraq; türk, erməni, xristian, müsəlman, ələvi, sünni qarışıq biz bu ölkədə qardaş kimi yaşayırıq. Bu tip hadisələrin siyasiləşdirilməsi və insanlarla əlaqələndirilməsindən narahatlıq hissi keçiririk”, - deyə Çapar bildirib. 

Onun kimi digər kənd sakinləri də dünyada sülhün bərqərar olmasını, qan tökülməməsini bəyan ediblər.

Qeyd edək ki, sözügedən kənddə 35 evdə, 135-ə yaxın erməni əsilli Türkiyə vətəndaşı yaşayır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.