banner
banner

İdman

"Neftçi"də daha bir yeni yoluxma aşkarlandı

"Neftçi"də daha bir yeni yoluxma aşkarlandı

"Neftçi" klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

"Report"un məlumatına görə, son testlərdən sonra belçikalı yarımmüdafiəçi Sabir Buqrinin də infeksiyaya yoluxduğu bəlli olub.

Paytaxt təmsilçisinin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevin isə testi mənfi nəticə verib.

"Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi növbəti dəfə müsbət çıxıb.

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"la qarşılaşmalı idi, lakin görüş təxirə salınıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.