banner
banner

İdman

"İnter" Bakı derbisini qazandı

"İnter" Bakı derbisini qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.
Cia.az-ın məlumatına görə, AZAL "Sumqayıt"ı sınağa çəkib. Oyunda hesabı "təyyarəçilər" açıblar - 75-ci dəqiqədə Valeri Kutsenko rəqib qapısına yol tapıb. 90+1-ci dəqiqədə isə Məhəmməd Qurbanov bərabərliyi təmin edib - 1:1.

"Bakı" "İnter"i qəbul edib. "Bankirlər" oyuna daha fəal başlayıblar - 10-cu dəqiqədə Derlis Meza Kolli fərqlənib. 56-cı dəqiqədə Əfran İsmayılov hesab arasındakı fərqi artırıb. Son saniyələrdə isə Nurlan Novruzov təsəlli qolunu vurublar - 1:2.

Beləliklə, "İnter" 26 oyundan 50 xalla 2-ci sıradadır. "Qarabağ" 57 xalla 1-ci, "Neftçi" isə 46 xalla 3-cüdür.

“Simurq” – “Qarabağ” - 0:1 (Birinci hissə)
Qol: Muarem Muarem, 18 (0:1)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
Zaqatala şəhər stadionu.

20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
“Bakcell Arena“.

AZAL – “Sumqayıt” - 1:1
Qollar: Valeriy Kutsenko, 75 (1:0), Məhəmməd Qurbanov, 90+1 (1:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov
“AZAL Arena”.

“Bakı” – “İnter” - 1:2
Qollar: Derlis Meza Kolli, 10 (0:1), Əfran İsmayılov, 56 (0:2), Nurlan Novruzov, 90+3 (1:2)
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.