Sabiq İraq prezidenti Səddam Hüseynin müavini İzzət İbrahim əd-Duri öldürülüb. Cia.az-ın məlumatına görə, İraqın Səlahəddin vilayətinin valisi Raid əl-Cubiri verdiyi açıqlamada Durinin Tikrit şəhərinin şərqində yerləşən Hemrin dağlarındakı Allas Neft quyuları yaxınlığında İŞİD-lə ordu arasında gedən döyüşlərdə öldüyünü deyib. Onun cəsədinə aid olduğu bildirilən fotoşəkillər da sosial mediada yayılıb. Səddam Hüseyn dövründə İraqda ikinci adam olaraq tanınan İzzət İbrahim əd-Durini adı ABŞ tərəfindən axtarılanlar siyahısında yer alırdı.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.