Moskva Rusiya və Fransa prezidentləri Vladimir Putin və Fransua Olland arasında guya İrəvanda nəzərdə tutulan görüşü barədə açıqlama verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, bu il aprelin 24-də "erməni soyqırımı"nın 100 illiyi tədbirləri çərçivəsində iki ölkə prezidentinin görüşəcəyi barədə dəqiq məlumat yoxdur. O deyib: "Anladığımız qədər Putinin və Ollandın görüşü gözlənilə bilər. Ancaq, bu, İrəvanda baş tutmaya da bilər. Onların orada olub-olmamsı nəzərdən keçirilir və nəsə demək çətindir. Bununla bağlı proqram hazırlamaq, nəsə planlaşdırmaq doğru olmaz". Xatırladaq ki, D.Peskov doqquz gün əvvəl V.Putinin İrəvana səfər edib-etməyəcəyinin dəqiq bilinmədiyini söyləmişdi: "Rusiya rəhbəri aprelin 24-də İrəvanda qondarma erməni soyqırımı tədbirlərinə qatılması məsələsi hazırda nəzərdən keçirilir. Həmin gün Türkiyədə Çanaqqala zəfərinin ildönümünə həsr olunacaq tədbir keçiriləcək və Rusiya burada yüksək səviyyədə təmsil olunacaq".
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.